Azərbaycanda güclü zəlzələ baş verdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda güclü zəlzələ baş verdi

Azərbaycanda daha bir zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ martın 4-də saat 08:16: 14-də Qəbələdən 11 km şimal-şərqdə qeydə alınıb.



Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. Tikililərdə dağıntı yoxdur.



Qeyd edək ki, ötən gün də Qəbələ rayonunda zəlzələ olub. Zəlzələ Qəbələdən 9 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib.



Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm