• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

AMEA-da yeni təyinatlar

AMEA-da yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağında bir sıra təyinatlar baş tutub. Təyinatlar əsasən bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri postlarında həyata keçirilib.

Publika.az-ın məlumatına görə, səsvermə yolu ilə Humanitar və İctimai Elmlər bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçkisi keçirilib.

Səsverməyə əsasən, akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva,Yaqub Mahmudov, Şahbaz Muradov, Məsumə Məlikova İctimai Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Həmçinin səsvermə nəticəsində akademiklər Tofiq Hacıyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Muxtar İmanov, Əliyar Səfərli, Ərtegin Salamzadə, Möhsün Nağısoylu Humanitar Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR