Bu gün Radio Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Radio Günüdür

Bu gün dünya elm və texnika tarixinə radionun ad günü kimi daxil olub.

Publika.az xəbər verir ki, bu tarixin Radio Günü olaraq seçilməsinin səbəbi Aleksandr Stepanoviç Popovun 7 may 1895-ci ildə icad etdiyi radionu müvəffəqiyyətli bir şəkildə təqdim etməsindən irəli gəlir. Məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim edib.

Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.

1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram edib. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alınıb.

Müasir informasiya bumu bir neçə alim, mühəndis və texnik nəslinin, ümumiyyətlə rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm