Qırmızı.az
Bakı metrosunda qadağa: Kütləvi giriş olmayacaq
Bakıda keçiriləcək Birinci Avropa Oyunları zamanı sıxlıq
yaranmasın deyə polis gücləndirilmiş iş rejimində
çalışacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis
İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Bakı
2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında
bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda
sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə
çəkəcəklər.
“Bakı Olimpiya Stadionundan “Koroğu” metrostansiyası arasında
təxmini 1200 metrə qədər məsafə var. “Bu məsafəyə yol boyu polis
nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən
yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə
getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov
bildirib.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015
Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya
Stadionunda 15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin
keçirilməsi nəzərdə tutulur.
Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu