• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndərin adı ilə bağlıdır

Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndərin adı ilə bağlıdır

Mayın 7-də Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gömrük xidməti orqanlarında yeni fəaliyyətə başlayan əməkdaşlar üçün andiçmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ulu öndər Heydər Əliyevin ölkəmizin gömrük sistemində əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə əlaqəlidir. Son illər ərzində Azərbaycanda gömrük siyasətinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiya və sair istiqamətlərdə uğurlu addımlar atılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən gömrük sahəsinin inkişafına göstərilən diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Aydın Əliyev vurğulayıb ki, Azərbaycan gömrük xidmətinin apardığı işlər, tətbiq edilən informasiya texnologiyaları, bu sahədə olan qanunvericilik və s. dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən, keçdiyi çətin və şərəfli həyat yolundan danışdı. Bildirdi ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Ümummilli Liderin rəhbərliyi altında qısa müddətdə Azərbaycanda dövlət quruculuğu prosesinə başlanılmış, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanın dünyada tanıdılması, müasir, demokratik və müstəqil dövlətçiliyimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tarixə nəzər salan E. Axundova Ümummilli Liderin Sovet dönəmindəki fəaliyyətindən, hələ o vaxtlar Vətəninin və xalqının gələcək taleyini düşünməsindən bəhs edib.

Vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra yaradılmış Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoyub. Dahi rəhbər müstəqilliyin ilk illərindən tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik və digər belə hallarla üz-üzə qalmış Azərbaycanda gömrük sisteminin qurulması işinə böyük önəm verib.

Sonda Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına orden, medal və fəxri adlar təqdim edildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR