• USD 1,8559 +1,34% EUR 1,9957 +1,49%
    • GBP 2,3210 +2,08% RUB 0,0312 +1,60%

Bakıda 20 dərəcə isti gözlənilir

Bakıda 20 dərəcə isti gözlənilir

Mayın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR