Qırmızı.az
Azərbaycan və İsrail arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olub.
Publika.Az-ın məlumatına görə, görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, son 10 il ərzində ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. İqtisadi inkişaf şəraitində xalqın rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və əldə olunan nailiyyətlər barədə məlumat verən nazir eyni zamanda respublikada əmək və sosial müdafiə sistemində aparılan islahatlardan söz açıb.
S.Müslümov bildirib ki, əmək bazarının daim nəzarətdə saxlanılması, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və vətəndaşların məşğulluq imkanlarının artırılması, dövlət sosial yardım sistemində ünvanlılığın və şəffaflığın təmin olunması, sosial xidmətlərin cəmiyyətin müvafiq ehtiyaclarına uyğun təşkili aparılan islahatların əsas məqsədidir:
“Aparılan islahatlarda isə mütərəqqi dünya praktikasından, qabaqcıl ölkələrin özünü doğrultmuş təcrübəsindən istifadə həmişə ön planda dayanır. Öna görə də inkişaf etmiş ölkələr sırasında olan İsraillə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı maraq dairəsində olan məsələlərdəndir”.
Nazir xüsusən əlilliyin müəyyən olunması, əlillər üçün səmərəli bərpa-müalicə və sosial reabilitasiya xidmətlərinin təşkili, əmək potensialının keyfiyyətcə yüksəldilməsi və digər sahələrdə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.
R.Harpaz ölkələrimiz arasında davamlı dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsinə səy göstərdiyini, qarşıdakı dövrdə Azərbaycanla İsrail arasında əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu istiqamətdə atılacaq addımlar müzakirə olunub.
Publika.Az
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət