Səlim Müslümov Daxili İşlər Nazirliyinə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov Daxili İşlər Nazirliyinə müraciət etdi

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə qeyri-qanuni yollarla ünvanlı sosial yardım alanlarla bağlı qanunları sərtləşdirib. Saxta yollarla əlil avtomobili alanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Publika.Az-ın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı nazirlik Dövlət Yol Polisi ilə birlikdə araşdırma aparır.

“Bizə hazırda Lerik rayonundan müraciət daxil olub və həmin müraciətdə böyük bir siyahı qeyd edilib. Eyni zamanda İmişli rayonunda da araşdırmalar apardıq. Bizə edilən müraciətlər əsas hissəsi maşını olan şəxslərin ünvanlı sosial yardım alması ilə əlaqədar olduğundan Dövlət Yol Polisinə müraciət etmişik. Hazırda mütəxəssislərimiz həmin idarənin əməkdaşları ilə birlikdə işləyir. Mən özüm də DİN-nə müraciət etmişəm”.

Ağdam rayonunda 86 nəfərin qanunsuz yolla ünvanlı sosial yardım aldığı müəyyən edilib. Qanunsuz yolla mənimsənilən 149 min manat büdcəyə qaytarılıb. Həmin şəxslərə qarşı isə cinayət işi açılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm