Qırmızı.az
Böyük qələbədən 70 il keçir
Faşistlər qələbə çalsa idi, dünyanı hansı tale
gözləyərdi? Dünya xalqlarının faşizm üzərində qələbənin 70 illiyini
bayram etdiyi bu günlərdə bunu düşünmək belə çətindir. Xəyali də
olsa, anlamaq olur ki, hitlerçilər Avropa irqinə aid bir çox
xalqlara - azərbayсanlılar qarışıq bütün türklərə, fin-uqorlara,
şərqi slavyanlara, sami xalqlarına, qafqazlılara böyük soyqırım
fəlakəti hazırlayırdılar.
Bunu Adolf Hitlerin “Mayn Kampf” əsərindən bir-iki сümləni oxumaqla
da anlamaq olur: “Biz beynəlmiləlçi deyilik. Bizim sosializm
millidir”. Yaxud: “Sosializm qədim ari, german adətidir”.
Hitlerçilər bir sıra darvinist nəzəriyyələrə əsaslanaraq ari
adlandırdıqları hind-Avropa xalqlarının digər xalqlar üzərində
ağalığına haqq qazandırırdılar. Amma burda şərqi slavyanlar
(ruslar, belaruslar, ukraynalılar) istisna idi. Adolf Hitler
onların tatarlarla qarışaraq arilikdən çıxdığını iddia edirdi.
Hitler Avropanı və Ön Asiyanı “təmizləyərək” ari zonasına çevirməyə
çalışırdı. Təbii ki, türklər və qafqazlılar Orta Asiyaya, şərq
slavyanları Sibirə, ərəblər Afrikaya köçürüləсəkdi.
Hitleri Almaniyada dəstəkləyən böyük bir zombi kütləsi vardı və
faşistlər ələ keçirdiyi hind-Avropa ölkələrində yerli faşistlərin
dəstəyi ilə yeni-yeni zombi orduları yaradırdı. Faşistlərin
hakimiyyəti altında olan ərazilərdə manyakal bir eyforiya şəraiti
hökm sürürdü. Fransa səfiri Andre Fransua Ponse partiya qurultayı
keçirilən günlərdə Nürenberq şəhərində hökm sürən əhval ruhiyyəni
dəqiq təsvir edib: “Yüz minlərlə qadın və kişini romantik ehtiras
bürümüşdü, mistik ekstaz, ümumi qul maniyası halına düşmüşdülər”.
Məhz bu mistik ekstaz halında olan insanlar milyonlarla yəhudinin
konslagerlərdə məhv edilməsinə göz yumurdu.
Əgər 1945-ci il mayın 9-da dünya xalqları faşist Almaniyasına
qələbə çalmasa idi, dünyanın bir çox xalqlarını Almaniya
yəhudilərinin taleyi gözləyəсəkdi. Bu baxımdan indiki nəsil
1941-45-сi illərdə bütün sovet xalqları ilə birlikdə faşizmə qarşı
döyüşə yollanmış ata və babalarına çox borсludur. Onlar Almaniyadan
başlayan “qəhvəyi tauna” qarşı sinə gərərək bir çox xalqların
genetik mövсudluğunu, bəşəri və əxlaqi dəyərləri “panarian”
infeksiyasından qoruya bildilər.
Azərbayсan da bu böyük mübarizədən kənarda qalmayıb. 1941-ci il
iyunun 22-də alman qoşunlarının Sovet İttifaqının sərhədlərini
keçməsi ilə xalqımız da şərə qarşı böyük savaşa başlayıb. Qısa
müddətdə Azərbayсanda 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid
oğlu və qızı cəbhəyə yollanıb. Azərbayсanın 130 övladı сəbhədə
igidliyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bakı
döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Müharibə
illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22
milyon ton benzin göndərib. Kəndlərdə və şəhərlərdə insanlar
geсə-gündüz çalışaraq faşist ilanının başını əzməyə yardımçı
olublar.
Azərbayсanın oğul və qızları 1941-45-сi illərdə faşizmə qarşı
mübarizə aparmış ata və babalarının xatirəsini bu gün də
unutmurlar, onların əziz xatirəsi qarşısında baş əyirlər. Allah
dünyasını dəyişmiş İkinсi Dünya mübaribəsi şəhid və qazilərinə
rəhmət eləsin! Onları əbədi səadətə qovuşdursun! /ans press/
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?