Xoşqədəmin yeni kitabı işıq üzü görəcək
Bizi izləyin

Qırmızı.az

Xoşqədəmin yeni kitabı işıq üzü görəcək

“Qəm yüklü qatar” adlı yeni kitab yazmışam, hazırda redaktə işi gedir. Həmin əsərim yaxın vaxtlarda çapdan çıxacaq. Burada əsasən bədii yazılarım – hekayələr, lətifələr, 100-ə qədər karikatura toplanıb”.

Tanınmış yazar Xoşqədəm Cəbrayıloğlu Publika.az-a açıqlamasında bildirib ki, səhhətində problemlərin yaranmasına baxmayaraq, yaradıcılığını davam etdirir:

“Əbədi məhəbbət” adlı kiçik hekayə, ssenari yazmışam. Həmin bədii əsər qoca kişinin həyatını əks etdirir. Hekayə bəyənilib və bununla bağlı qısametrajlı filmin çəkilişi gözlənilir. Əgər maddi imkanlarımız olsa, filmi çəkib Yaponiyaya göndərəcəyik. Belə təklif irəli sürülüb ki, hekayəni mən yazdığımdan qoca rolunu da özüm canlandırım”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm