Bu yol 6 saat bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Bu yol 6 saat bağlı olacaq

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

ASC-dən Publika.az-a verilən məlumata görə, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Sabunçu” yol qovşağından “Hava limanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm