“Sonralar bildik ki, ermənilər Həzi Aslanova qısqanclıqla yanaşırlar” – müharibə veteranı Mirməhəmməd Əliyev
Bizi izləyin

Qırmızı.az

“Sonralar bildik ki, ermənilər Həzi Aslanova qısqanclıqla yanaşırlar” – müharibə veteranı Mirməhəmməd Əliyev

“Onun ilk sərkərdəlik qabiliyyəti hələ 1941-ci ilin sonlarında SSRİ-nin ən ağır günlərində, Moskva ətrafındakı döyüşlərdə üzə çıxdı. Buna görə hərbi komandanlıq tərəfindən polkovnik Həzi Aslanova xüsusi mükafat təqdim edildi”, Böyük Vətən Müharibəsi veteranı Mirməhəmməd Əliyev Publika.az-a açıqlamasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı haqda xatirələrini bölüşüb.

Qeyd edək ki, Mirməhəmməd Əliyev Həzi Aslanovla görüşmüş şəxslərdən biridir: “Sovet İttifaqı Qəhrəmanı, bir qədər sonra general rütbəsi almış Həzi Aslanov hər birimizin sevimli zabiti idi. Düzdür, biz tanış deyildik. Amma cəbhədə bir neçə dəfə qarşılaşdıq. Azərbaycanlı zabit özünü nümunəvi hərbçi kimi aparırdı. Həmin illər ön cəbhədə döyüşən bütün azərbaycanlılar Həzi Aslanovla fəxr edirdilər. Onun xüsusilə Stalinqrad cəbhəsindəki fədakarlıqları dillər əzbəri idi. General Aslanovun döyüşçüləri Stalinqrad ətrafındakı əməliyyatlarda faşistlərin 31 tankını, 52 avtomaşınını və 2000-dən çox əsgər və zabitini məhv etdi. Həmin vaxtlarda qəzetlərdən biri onun və döyüşçülərinin Stalinqraddakı şücaətləri haqda yazırdı ki, müharibə tarixi Həzi Aslanovun və döyüşçülərinin şücaətləri kimi qəhrəmanlıq görməyib. Təəssüf ki, ermənilər azərbaycanlı balasının bu uğurlarına qısqanclıqla yanaşırdılar. Onun müəmmalı ölümü hər kəsi təəccübləndirmişdi. Hamı generalımızın həlak olmasına təəssüflənirdi. Lakin heç kim Həzi Aslanovun hansı şəraitdə öldüyünü bilmidri. Biz sonralar bildik ki, Həzi Aslanovu erməni general öldürtdürüb. O, gizli şəkildə öz əsgərlərinə azərbaycanlı bahadırı qətlə yetirmək tapşırığını vermişdi”.

Qeyd edək ki, Həzi Aslanov 1945-ci il yanvarın 24-də hərbi əməliyyatlar getməyən yerdə, müəmmalı şəkildə qətlə yetirilib. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı 46 il sonra - 1991-ci il iyunun 21-də verilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm