Azərbaycanın sabiq xarici işlər naziri filmə çəkildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın sabiq xarici işlər naziri filmə çəkildi - FOTOLAR

I Dünya müharibəsində iştirak edən, 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olan Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir.

Publika.az-ın məlumatına görə, Azərbaycan və Polşa hərb tarixində xüsusi izi olan Vəlibəy Yadigarov haqqında sənədli filmin çəkilişləri üç ölkədə aparılır.

Filmin rejissoru Tahir Əliyev deyib ki, sənəndli filmin çəkilişləri Gürcüstanda və Polşada artıq yekunlaşıb: "İyun-iyul aylarında Azərbaycanda da çəkilişlər bitdikdən sonra film tamaşaçıların ixtiyarına veriləcək. Filmin çəkilişlərində polşalı həmkarları da iştirak edir. Filmin polşalı rejissorı Leji Lyubax, tərəfdaş qurum isə “Koleydoskop” kinostudiyasıdır".

T.Əliyev bildirib ki, Varşava çəkilişlərində Azərbaycanın Polşadakı səfiri, sabiq xarici işlər naziri Həsən Həsənov da yaxından iştirak edib. Rejissor səfir H.Həsənovun filmin ideya müəlliflərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, sənədli film Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə,”Səlnamə” kinostudiyası tərəfindən lentə alınır. Filmin ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Məhsim Məhsimovdur.

Filmə texniki dəstək RTV-yə (Region TV) aiddir.

Xatırladaq ki, Vəlibəy Yadigarov 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandiri yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilib.1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Vəlibəy Yadigarov Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunan müdafiə kompaniyasında iştirak edib, Mazovetski süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəlibəy Yadigarov Argentinaya mühacirət edib.1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat edib. 2000-ci ildə nəşi Polşaya gətirilib və təkrar dəfn edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm