FHN-də Qələbə günü münasibətilə toplantı keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN-də Qələbə günü münasibətilə toplantı keçirilib - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyində faşizm üzərində Qələbə günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə toplantı keçirilib.

Publika.az xəbər verir ki, toplantıya gəlmiş Böyük Vətən müharibəsi veteranları nazirliyin hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb, onlara gül dəstələri təqdim olunub.

Tədbirdə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səslənib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə tədbiri açaraq nazirliyin rəhbərliyi və kollektivi adından toplantı iştirakçılarını 9 may – Qələbə günü münasibətilə təbrik edib.

Tədbirdə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Böyük Vətən müharibəsində xalqımızın şücaəti haqqında geniş çıxış edib, qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolundan bəhs ediblər

.

Respublika Veteranlar Şurası adından çıxış edən Böyük Vətən müharibəsi veteranı Adil Babaşov və Sofiya Cəfərova müharibədə azərbaycanlıların qəhrəmanlığından bəhs edib, ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışaraq Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Sonda müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm