Dəmir yolu kənarında tikilən evlərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dəmir yolu kənarında tikilən evlərlə bağlı AÇIQLAMA

“Mümkün olan yerlərdən dəmiryolu köçürüləcək, bəzi yerlərdə evlərlə dəmiryolunun arası daş hasarla kəsiləcək, bəzi yerlərdə isə dəmiryolu ilə evlər arasında səsboğucu vasitələr quraşdırılacaq”

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

“Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək”, - sədr əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm