• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dəmir yolunda YENİLİK

Dəmir yolunda YENİLİK

Avropa Oyunları ərəfəsində Bakı qəsəbələrinə elektrik qatarlarının gedişi bərpa ediləcək.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

Qurbanovun sözlərinə görə, elektrik qatarları Bakı dəmiryol vağzalından və metronun "Koroğlu" metro stansiyasından istifadəyə veriləcək.

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.

Qurbanov həmçinin əlavə edib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş yollarda əsaslı təmir işləri iyunun 5-də başa çatacaq. Onun sözlərinə görə, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: “Bu vaqonlarda kondisioner, İnternet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq”.

C.Qurbanov deyib ki, hazırda təmir işləri davam etdirilir: “Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR