Bakı nağıllar aləmində - Gül bayramından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakı nağıllar aləmində - Gül bayramından FOTOREPORTAJ

Bu gün paytaxt Bakı "Gül Bayramı"nı qeyd edir.

Publika.az xəbər verir ki ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən Gül bayramının açılışını səhər saatlarında ölkə başçısı İlham Əliyev edib. Daha sonra dünyanın müxtəlif ölkələrindən gətirilən 2 milyona yaxın gül paytaxt sakinlərinə və qonaqlara nümayiş olunub.

Əsasən, Hollandiyadan, Afrikadan gətirilən güllər parkın müxtəlif yerlərində quraşdırılan fiqurların üzərini bəzəyir. Bu il təşkil olunan gül bayramınınn ötən illərdən fərqi Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar idman növlərinin və oyunların simvolunun da parkda yer alması idi. Güllər içərisində "Lavanda" və yerli qızılgüllər xüsusi yer tutur. Ziyarətçilər güllərdən hazırlanmış gözəl kompozisiyaları böyük maraqla seyr ediblər. Bu il də güllərin bəziləri dibçəklərdə nümayiş etdirilir. Dizayn isə müxtəlif ölkələrdən dəvət olunmuş dizaynerlər tərəfindən həyata keçirilib. Heydər Əliyev adına Saray və Qış parkına gələn sakinlər özlərini əsl nağıllar aləmində hiss edirdilər. Yüz minlərlə insan sarayın qsrşısına axın edərək müxtəlif kompozisiyaların qarşısında şəkil çəkdirirdi.

Bakı Şəhər İcra Hakimiyyətinn başçısı Hacıbala Abutalıbovun bildirdiyinə görə, bu il də güllər dünyanın müxtəlif ölkələrinin dizaynerləri tərəfindən qurulub: “Dünyanın 80 ölkəsindən 2 milyona yaxın gül gətirmişik. Güllərin gətirildiyi ölkələrin dizaynerləri paytaxtımıza dəvət olunub və güllərdən ibarət gözəl kompozisiyalar qurulub”.

Gül bayramı uzun müddət balaca ziyarətçilərin də yaddaşından çıxmayacaq. Çünki onlar özlərinin sevimli nağıl və cizgi film qəhrəmanlarının güllərdən bəzədilmiş maketlərini daha yaxından görmək imkanı əldə ediblər. Bayrama xüsusi gözəllik qatan da gül çələnglərinə bənzəyən balacalar idi.

Bir sıra dövlət komitə rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ölkəmizdə yerləşən diplomatik korpusların nümayəndələri, ali və orta məktəb şagirdləri, tələbələr, jurnalistlər bir sözlə, balacalardan tutmuş yaşlı, ahıl insanlara qədər hamı bir nəfər kimi üzlərində böyük sevinc, fəxarət hissi ilə bayramda iştirak edirdilər.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta gül bayramına gələnlər arasında idi: “Çox gözəl bayramdır, çox gözəl təşkil olunub. Təşkil olunan bu gözəl və maraqlı eksponatlara baxmq zövq verir”.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun hər il bu bayrama qatıldığını deyir: “Gül bayramı çox gözəl təşkil olunub. Həm də buradakı əcnəbi diplomatlar belə gözəl ortamda toplaşıblar. Bu gün həm də, bildiyiniz kimi analar günüdür. Azərbaycanda gül bayramı hər il daha da heyranedici şəkildə hazırlanır. Biz bu gün həm də ümumilli lider Heydər Əliyevi anma imkanı da əldə edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm”.

Bayramda iştirak edən bir neçə ictimaiyyət nümayəndələrinin də fikirlərini öyrəndik. Şəhər sakinləri də belə möhtəşəm gündən ancaq sevinv duyduqlarını dilə gətirdilər. Müəllimə işləyən Tünzalə Şəfiyeva bayrama balaca şagirdləri ilə qatılıb: "Mən çox sevinirəm ki, belə bir gözəl bayram təşkil olunub. Əhali hamısı bir araya gəlib bayramda iştirak edir. Hər tərəfin gül-çiçəklə bəzədilməsi adamın ruhunu oxşayır. Mən hər il çalışıram ki, bu bayramda iştirak edim. Çünki hamı kimi mən də gülləri çox sevirəm. Çox gözəl və ürəkaçan bir mənzərədir".

Bayrama veteran Ağababa İsgəndərov da qatılmışdı. Belə möhtəşəm bayramın keçirilməsini alqışlayan veteranın sözlərinə görə, insan belə gözəllikləri görüncə ömrü uzanır: “Bu bayramı çox bəyənirəm, hər il də gəlib iştirak edirəm. Hamıya can sağlığı arzu edirəm. Bu güllər kimi gözəl həyat arzu edirəm”.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm