Qırmızı.az
Prezident və xanımı Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak ediblər
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra “Heydər Əliyev” mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Heydər Əliyev” mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim etdi.
Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirildi.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olundu.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa və qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim etdi.
Erve Mikaelof və Ağaxan Abdullayev çıxış edərək mükafata görə təşəkkürlərini bildirdilər.
Təntənəli mərasim bədii hissə ilə davam etdi.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO