Qırmızı.az
Millət vəkili müğənnini təriflədi
“Məlumat oxudum ki, müğənni Elnarə Abdullayeva 200 min manat xərcləyərək Şamaxının 12 kəndinə su çəkdirib. Bu addımı təbii ki, yüksək qiymətləndirmək lazım və cəmiyyətimizə xeyirli əməl kimi təbliğ etmək vacibdir”.
Bu sözləri millət vəkili Fazil Mustafa Elnarə Abdullayevanın Şamaxının bir neçə kəndinə su çəkdirməsini şərh edərkən bildirib. Fazil Mustafa Facebook səhifəsində yazdığı şərhində qeyd edib ki, Azərbaycan müğənnisi 200 minlik maşın və ya villa alıb onun-bunun gözünə soxmaq əvəzinə, insanların qapısına içmək üçün su gətirib deyilməsi həqiqətən cəmiyyətdə başqa bir əhval yaradır.
“Bu rayonda millət vəkili, tanıdığım ən xeyirxah insanlardan biri Elxan Süleymanovun da 9 kəndə su çəkdirdiyini və açılış tədbirlərində iştirak etdiyimi xatırlayaraq, orada yaşayan insanların necə sevindiyini təsəvvür edə bilirəm. Elnarə Abdullayevanın sənətdə özünü yüksək səviyyədə təqdim etməyi ilə yanaşı, proqressiv düşüncəsi, xeyirxahlıq keyfiyyəti ilə də gündəmə gəlməsi olduqca sevindiricidir. Bir vətəndaş kimi ürək dolusu təşəkkürümü bildirirəm”, - deputat əlavə edib.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO