Azərbaycan tələbə Xocalı soyqrımını Beynəlxalq forumun gündəliyinə saldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan tələbə Xocalı soyqrımını Beynəlxalq forumun gündəliyinə saldı

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində 40-dan çox ölkədən olan Sülh fəallarının iştirakı ilə keçirilən “Mahathir Qlobal Sülh Məktəbi” Beynəlxalq Forumunda Azərbaycan da təmsil olunub.

Publika.Az-ın məlumatına görə, Beynəlxalq Forumda ölkəmizi təmsil edən azərbaycanlı tələbə, ASAIF-in İndoneziya üzrə koordinatoru, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov Forumda Azərbaycanı təmsil edərək Dağlıq Qarabağ münaqişəsini və Xocalı Soyqırımını da Forumda müzakirələrə daxil edərək forumun gündəliyinə salmağa nail olub.

Forumda, həmçinin 25-26 fevral tarixlərində Xocalı Soyqırımı Elmar İskəndərovun təşəbbüsü ilə forumun beynəlxalq iştirakçıları, Malayziya və İndoneziyadan olan tələbələr tərəfindən anılıb. Forum zamanı Dağlıq Qarabağ münaqişəsi və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklərindən və günahsız əhalini amansızcasına öldürərək soyqırım törətmələrindən geniş məlumat verilib. İştirakçıların Xocalıya Ədalət qlobal kampaniyasına dəstək olmalarına çağırış edilib. Forumun iştirakçıları Xocalı Soqırımını törədən işğalçı Ermənistan dövlətini tənqid edərək işğala son qoymasını tələb ediblər. “Mahathir Qlobal Sülh Məktəbi” Beynəlxalq Forumunun bağlanış mərasimində Elmar İskəndərov nitqlə çıxış edərək növbəti il forumun münaqişə yaşayan ölkələrdən birində, xüsusilə Azərbaycanda keçirilməsini təklif edib. Qeyd edək ki, Beynəlxalq Forum sülh və münaqişələrin həll edilməsi üzrə xarici və yerli ekspertlər, sülh üzrə nobel mükafatçıları, Malayziya və İndoneziyanın dövlət rəsmiləri, xarici ölkələrdən 40 sülh fəalının və o cümlədən Malayziya və İndoneziyadan tələbələrin iştirakı ilə keçirilib.

Forum 17 fevral – 2 mart tarixlərində Malayziyanın Perdana Qlobal Sülh Fondu və İndoneziyanın Coqcakarta Muhammadiyah Universitetinin təşkilatçılığı ilə Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdnində Diplomatiya və Xarici Əlaqələr İnstitunda keçirilib. Beynəlxalq Forumun missiyası dövlətlərarası münasibətlər və diplomatiya, münaqişələrin həll olunması və qlobal sülhə nail olmaqdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm