Bakıda məşhur ticarət mərkəzində oğurluq olub
Bizi izləyin

Qırmızı.az

Bakıda məşhur ticarət mərkəzində oğurluq olub

Bakıda məşhur ticarət mərkəzlərindən birindən oğurluq olub.

Teleqraf.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzində Sumqayıt şəhər sakini Kəmalə Ağakişiyevaya məxsus mağazadan 1 ədəd gödəkçə oğurlanıb. Şikayət əsasında polis axtarışa başalyıb.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini Azər Qənbərli tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm