Tələbə qəbulunda son iki gün
Bizi izləyin

Qırmızı.az

Tələbə qəbulunda son iki gün

2015/2016-cı tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.


Müsabiqədə iştirak etmək hüququna may ayının 15-dək 19 yaşı tamam olmayan, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə müvafiq qaydada elektron ərizə təsdiq etmiş, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi 1 m).


Qeydiyyat may ayının 7-dən (şənbə, bazar və bayram günləri istisna olmaqla) may ayının 14-ü saat 15:00-dək aparılacaq.


Müsabiqənin birinci mərhələsində abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı mayın 17-də keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürəcəklər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.

Müsahibə may ayının 21-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.


Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.


İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində iyun ayının 26-da və 30-da aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm