İcra hakimiyyətindən həbsə REAKSİYA
Bizi izləyin

Qırmızı.az

İcra hakimiyyətindən həbsə REAKSİYA

“Bizim açıqlamamız olmayacaq. Bizə hələ heç bir söz deyilməyib. Əgər bir açıqlama olsa, veriləcək”.

Bu sözləri Axar.az-a qısa şəkildə Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov deyib. RİH rəsmisi icra başçısı Asif Əsgərovun oğlunun həbsi ilə bağlı hər hansı münasibət bildirmək istəməyib. Onun sözlərinə görə, hökmün şərti cəza olub-olmadığından da məlumatsızdır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Ələsgərli və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, İ.Əsgərli 5 il 6 ay, S.Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mersedes” markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi "Hovo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub. Həbs edilən İlham Ələsgərli isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm