480 şagird buraxılış imtahanından azad edildi
Bizi izləyin

Qırmızı.az

480 şagird buraxılış imtahanından azad edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də Bakı şəhərində buraxılış imtahanı keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçiriləcək.

İmtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər) buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulub. 480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər)Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm