30 il əvvəl salınmış yollar təmir olunur
Bizi izləyin

Qırmızı.az

30 il əvvəl salınmış yollar təmir olunur

30 il əvvəl salınmış yollar təmir olunur

Göyçayda 30 İl bundan əvvəl çəkilən kənd yolları bərbad vəziyyətə düşüb elə bu və ya digər səbəblərdən də rayonda yol infrastrukturu yenidən qurulur. Bərbad və çala-çuxurlu bu yollardan getdikcə istifadə etmək çətinləşirdi. Belə yollarda olan problemlər artıq aradan qaldırılır. Göyçay rayonunda əsasəndə kənd yollarına asfalt qatı döşənir.

Prezdentin ehtiyyat fondunun vəsaiti hesabına 5 kəndin və 12 min əhalinin istifadə etdiyi kənd yolları yenidən asfaltlanır. Yeni döşənən asfaltın eni küçələrin enindən asılı olaraq dəyişir. Belə ki, eni 6-9 metr olan yolun qalınlığı 10-12 sm-dir.

Bir necə gündür əsas küçələrdəki yolda işlər başlayıb. Bu günə qədər yolda bünövrəsinin hazırlanması gedirdisə hazirda isə yolun asfalt qatının vurulma işləri sürətlə davam etdirilir. Yeni çəkilən yol Cəyirli, Qızılağac, Yenikənd, Kürdşaban və Şəkil kəndlərinə gedən yollardır. Çəkilən 17 km-lik yol mart ayının sonuna kimi kənd sakinlərinin istifadəsinə veriləcəyi deyilsə də, amma nədənsə rayondan bir qədər aralı olan Alpoud kəndi gözdən -könüldən uzaqda qalıb.

interaztv.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm