Millət vəkili uşaqlarla görüşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili uşaqlarla görüşdü - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın yüzlərlə balaca oxucusu ilə görüşüb. Publika.az xəbər verir ki, millət vəkili görüşdə müəllifi olduğu - "Məndən sonra ...", "Səndən sonra ...", "O...", "Dünyanı dəyişən alimlər", "Hesab vaxtı" , "Aşk deyince ötesini arama ...", "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası","Uzaqdakı ən yaxın Pakistan", həmmüəllifi olduğu "Xocalı Soyqırımı şahidlərin dilindən","Qaradağlı Soyqırımı şahidlərin dilindən", “Bağanıs Ayrım Soyqırımı şahidlərin dilindən" kitablarını yüzlərlə gənc oxucusuna hədiyyə edərək onları oxumağa, öyrənməyə, savadlı olmağa, kitabı sevməyə çağırıb.

O, bildirib ki, ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir deyən Qənirə Paşayeva inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini və "müəllifi olduğum kitablar sizi xoşuna gələrsə, bundan məmnun qalaram" deyib.

Millət vəkili Qənirə Paşayeva bütün fəal balacaları öz həmyaşıdları arasında kitab oxumağa meylliliyin artması istiqamətində fəal olmağa çağırıb:

“Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də mən bu gün sizinlə görüşmək, kitablarımızı hədiyyə etmək istədim çünki biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili deyib.

Kitabı ən qiymətli hədiyyə adlandıran Qənirə Paşayeva tədbirin sonunda müəllifi olduğu kitabları imzalayaraq balacalara hədiyyə edib. Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artıqmalıyıq deyən millət vəkili görüş zamanı gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarş mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır deyib və bu istiqamətdə narahatlıq doğuran məqamlar barədə fikrini bildirib, geniş fikir mübadiləsi olub və millət vəkili sualları da cavablandırıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm