TQDK qaliblərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK qaliblərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq abituriyentlərə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, bu kateqoriyadan olan abituriyentlər sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər.

Bu abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini (diplom, yarışın protokolu) təqdim etməlidirlər. Sənədlər mayın 5-dən 18-dək qəbul edilir.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilib.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı barədə daha ətraflı TQDK-nın rəsmi saytında məlumat əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm