• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda ikikartlı nəqliyyat sistemi – FOTO

Bakıda ikikartlı nəqliyyat sistemi – FOTO

Bakıda ictimai nəqliyyatda tətbiq ediləcək elektron ödəniş kartları iki cür olacaq. Onlardan biri uzunmüddətli istifadə üçün nəzərdə tutulan sabit kart, digəri isə məhdud istifadə üçün olacaq kartdır.

Bu barədə "Report"a Bakının nəqliyyat sistemində elektron kart sistemini quran Türkiyənin "Kentkart" şirkətinin müdir köməkçisi Tunqa İşçimen məlumat verib.

Onun sözlərinə görə, xüsusi kodlarla mühafizə edilən bu kartları 15-20 il istifadə etmək mümkündür. Məhdud istifadə üçün tətbiq ediləcək kartlar isə Bakıya başqa şəhərdən gələnlər, turistlər və ya kartını evdə unudanlar üçün nəzərdə tutulub. T.İşçimen bildirib ki, kartlara yüklənəcək məbləğ və onun istifadə müddəti ilə bağlı isə rəhbərlik tərəfindən qərar veriləcək. Eyni zamanda, kartların qiyməti də bir-birindən fərqlənəcək.

Qeyd edək ki, hazırda Bakıya kart alınması və hesabın doldurulması üçün ilkin mərhələdə 200 ədəd terminal gətirilib. İlkin olaraq bu kartlardan "BakuBus" MMC-yə məxsus avtobuslarda istifadə ediləcək. Daha sonra digər ictimai nəqliyyat vasitələrində də tətbiq olunacaq.

T.İşçimen kartların avtobuslarda işləmə mexanizmindən danışarkən bildirib ki, ilkin plana görə, avtobuslarda sərnişinin ancaq ön qapıdan daxil olub ödəniş etməsi, düşərkən isə arxa qapıdan düşməsi planlaşdırılır.

"Bu elektron monitorlar olduqca sürətlə işləyirlər. Monitorda sərnişinin sayı, ödəniləcək məbləğ və qalıq göstərilir. Ümumiyyətlə, bu intellektual bir sistemdir və hər şey rəhbərliyin seçimindən asılıdır. Bu sistem avtobusdan gələn bütün elektron məlumatları alıb mərkəzə ötürə bilir. Yəni əgər sürücü təyin edilmiş sürətdən asta və ya sürətlə gedərsə, dayanacağa vaxtında çatmazsa və s. kimi məlumatları toplayıb, məlumat mərkəzinə ötürmək qabiliyyətinə malikdir", - deyə T.İşçimen açıqlayıb.

O əlavə edib ki, bu kart sistemini idarə edəcək mərkəzin istəyindən asılı olaraq gələcəkdə kartları onlayn da doldurmaq mümkündür. T.İşçimen hesab edir ki, insanlar bu kartlara tez öyrəşəcəklər, çünki mövcud sistemə bənzərdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR