Qırmızı.az
Balasını boğan kişi olanları soyuqqanlıqla danışdı (TƏFƏRRÜAT)
Qəbələ rayonunda baş verən dəhətli cinayətin bəzi təfərrüatları məlum olub.
Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqovun ANS PRESS-ə verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Gündüz Ələsgərov 2012-ci ilin may ayında dünyaya gələn qızı Mədinə Ələsgərovanı öldürməsinin səbəbini açıqlayarkən daha da iyrəncliyə əl atıb.
Gündüz Ələsgərov əsassız olaraq iddia edib ki, beşikdə boğaraq
öldürdüyü Mədinə Ələsgərova onun övladı deyil.
O, həyat yoldaşı Dursun Ələkbərovanı hər gün döyüb, incidirmiş. O,
qadını xəyanətdə günahlandırıb, 4 yaşlı qızın ondan olmadığını
deyirmiş. Lakin qadın hər dəfə bunun yalan olduğunu və qızın onun
övladı olduğunu bildirirmiş.
Bu gecə isə ərlə arvadın mübahisəsi daha da şiddətli olub. Gündüz
Ələsgərov arvadını evdən qovub. O, qadına icazə verməyib ki,
uşaqları götürsün. Ata evdə qızı Səbinə və Mədinə ilə yalnız qalıb.
Kişi ona oxşamayan qızın beşiyinin yanına gəlib. O, digər qızının
yanında 4 yaşlı qızcığazı balışla boğmağa başlayıb.
Qısqanclıq və kinli ata qızının fəryadına heç bir əhəmiyyət
verməyib. Onu boğaraq öldürüb. Hadisə baş verərkən Gündüz Ələsgərov
özündə olub və içki qəbul etməyib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan Gündüz Ələsgərov azyaşlı
qızını boğmasını soyuqqanlıqla, həm də, heç bir detalı qaçırmadan
danışıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...