Pasportunu itirənlərin nəzərinə! – FOTO
Bizi izləyin

Qırmızı.az

Pasportunu itirənlərin nəzərinə! – FOTO

Balaxanı tullantıların çeşidlənməsi zavodunda iş zamanı məişət tullantıları arasından müxtəlif sənədlər (şəxsiyyət vəsiqələri, xarici pasport, avtomobil üçün etibarnamə, sürücülük vəsiqəsi, sağlamlıq kartları) və müxtəlif bank kartları aşkar edilib.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tapılan əşyalar Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna təhvil verilib.

Sənədlərini itirmiş şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmamasını öyrənə bilərlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm