• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Düzgün ixtisası necə seçək?

Düzgün ixtisası necə seçək?

Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Düzgün ixtisas seçimi” layihəsi reallaşdırılıb.

Publika.Az-ın verdiyi xəbərə görə, layihənin məqsədi məktəblilər və abituriyentlərdir. İlk təlim Xətai rayonunda yerləşən 88 nömrəli məktəbdə baş tutub və layihənin davam edəcəyi nəzərdə tutulub.

Layihə çərçivəsində müxtəlif mütəxəssislər və tələbələr tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edəcək və düzgün ixtisas seçimində onlara yardımçı olacaqlar.

Qeyd edirik ki, bu məqsədlə gənclərə özündə bu və ya digər iş-peşə sahəsində vacib olan ixtisaslar, köməkçi ixtisaslar əks olunan məlumat kitabçaları paylanılacaq.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR