Qırmızı.az
Space və ANS cərimələnəcək- Açıqlama
Milli Tele Radio Şurası (MTRŞ) Space və ANS kanalını yüksək məbləğdə cərimələyə bilər.
MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun Movqe.az-a açıqlamasında
bildirib ki, telekanallarda Azərbaycan dilinin ədəbi normalarına
riayət olunmasına dair keçirilən monitorinq zamanı Space kanalında
yayımlanan "Bizim mətbəx" verilişində söyüş və təhqir dolu
ifadələrin səsləndirildiyi qeydiyyata alınıb.
Həmçinin ANS telekanalında efirə gedən "Ağabəyovlar" serialında da qeyri-etik ifadələrin işlədiyi monitorinq qrupu tərəfindən qeydə alınıb. Hər iki telekanala monitorinqin nəticələri açıqlanan zaman ciddi xəbərdarlıq ediləcək".
T.Məmmədov bildirib ki, həmin kanallar yüksək məbləğdə cərimələnə
də bilər: "Monitorinqin nəticələri açıqlanan zaman sözügedən
kanallara sərt xəbərdarlıq olunacaq. "Bizim mətbəx" və
"Ağabəyovlar" serialında efirə yasaq olan ifadələrin
səsləndirilməsi monitorinqin nəticələri açıqlanan zaman öz əksini
tapacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu”nun "Azərbaycanın
teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli
Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının
ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi
monitorinq davam edir
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?