Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüşüb – FOTOLAR

“Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq!”

Publika.az xəbər verir ki, bu sözləri Tovuzun Ermənistanla ön cəbhə nöqtələrindən biri olan Əlibəyli kəndində "N" saylı hərbi hissədə əsgər və hərbçilər qarşısında çıxış edərkən millət vəkili Qənirə Paşayeva deyib.

Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və əsgər və zabit heyəti ilə gözəl söhbətlər ediblər. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilib və onlarla söhbətlər aparılıb.

Sonda hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkür edərək belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını bildirib və əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib. O qeyd edib ki, düşmən üzərində qələbənin uzaqda deyil.

Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq artisti Könül Xasıyeva əsgər və hərbçilərimiz üçün gözəl bir gün yaşadıb. Hərbi hissənin rəhbərliyi Qənirə Paşayeva və Könül Xasıyevaya Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib. Əsgər formasını geyinən Könül Xasıyeva bildirib ki, bu həyatda aldığı ən gözəl hədiyyələrin önündə gəlir: “Hər zaman Azərbaycanımızın ordusunun yanındayam, onun bir əsgəriyəm və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuram. Arzu edirəm ki, gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm