Qırmızı.az
Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binası açılıb - FOTO
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Hissənin ərazisində 3 çıxışlı yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, 2 ədəd su anbarı, içməli su anbarı, avtoyuma və bir artezian quyusu inşa olunub. İnzibati binada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend də təşkil edilib. Bundan başqa, inzibati binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana da var. Hissə ən müasir yanğınsöndürmə və qəza-xilasetmə avtomobilləri ilə təmin edilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət