Bu gün Beynəlxalq Ailə Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Beynəlxalq Ailə Günüdür

Bu gün bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur.

Publika.az-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara alıb. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşdirməyə çalışır.

Dünya miqyasında bütün insanların diqqətinin ailə problemlərinin həllinə yönəldiyi “Beynəlxalq Ailə Günü” 1994-cü ildən başlayaraq qeyd olunur.

Ölkəmizdə də ailə dəyərlərinin qorunması üçün 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaradılıb.

Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm