Bakıda bu yollar bağlıdır – SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bakıda bu yollar bağlıdır – SİYAHI

Bakıda bir sıra yolların bağlı olması tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, N. Rəfiyev küçəsi - “Babək dairəsi” Nobel prospekti istiqamətində yolda təmir işləri aparıldığından avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Z. Bünyadov prospekti – “20 Yanvar dairəsi” istiqaməti – A. Sultanova heykəlinin ətrafı, Atatürk prospektindən “Gənclik” metrostansiyasına doğru, “20 Yanvar dairəsi” – Müzəffər Həsənov küçəsi, Nobel prospekti – “Megafun”ın qarşısı, Y. Səfərov küçəsindən ASAN xidmətin qarşısı istiqamətində yollarda aparılan təmir işləri ilə əlaqədar bağlıdır. Sürücülərə Nobel prospektinə çıxmaq üçün alternativ olaraq təzə yol qovşağından istifadə etmələri tövsiyə olunur.

Bundan əlavə, Azadlıq prospektindən “28 May” metrostansiyası istiqamətində nisbətən sıxlıq müşahidə olunur. NİİM sürücülərə alterantiv olaraq S. Rüstəm və S. Vurğun küçələrindən istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm