Qırmızı.az
Elmin İnkişaf Fondu müsabiqənin nəticələrini açıqladı
Elmin İnkişaf Fondu “Universitet qrantı” və “Sənaye qrantı” müsabiqələrinin nəticələri ilə bağlı təqdimat mərasimi keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun (EİF) “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli
müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı Bakı
şəhərində “Hilton-Baku” hotelinin “Yaqut” zalında 14 may 2015-ci il
tarixində təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, EİF-in keçirdiyi qrant müsabiqələrində
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil
müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən
elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət
təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və
mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki
şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər.
Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş
müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant
layihələrinə isə müsabiqələr zamanı üstünlük verilir.
Təhsil müəssisələri Elmin İnkişafı Fondunun qrant müsabiqələrində
kifayət qədər fəal iştirak edirlər. 2010-2014-cü illərdə Fond
tərəfindən təşkil edilərək keçirilmiş 17 müxtəlif xarakterli
müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 315 qalib
qrant layihəsinin 94-nün (ümumi sayın 29.84%-ni, onlara ayrılan
maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 14.22%-ni təşkil edir)
rəhbərləri 19 təhsil müəssisəsini (14 universitet, 4 təhsil
akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 315
layihə üzrə rəhbər və icraçıların ümumi sayının 21.5%-i ali təhsil
qurumlarına aiddir.
Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin
effektivliyi nəzərə alınmaqla, Elmin İnkişafı Fondunun Himayədarlar
Şurası və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla, bir sıra ali təhsil müəssisələrində
elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş
maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması
nəzərdə tutulub və 2014-cü ilin 3 noyabr tarixində ilk dəfə olaraq
“Universitet qrantı” müsabiqəsi elan edilib. Bu müsabiqə
çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 manat
nəzərdə tutulub.
Müsabiqəyə 37 layihə daxil olub, layihələrin texniki və elmi
ekspertizası işi təşkil olunub, ekspertiza işinə Elmin İnkişafı
Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub.
Nəticələr Elmin İnkişafı Fondunun Himayədarlar Şurasında ciddi
müzakirələrdən keçib, ümumi maliyyələşdirilmə həcmi 890 min manat
olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri
Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb
Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2),
Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
(1) yerinə yetiriləcək. Layihələr 12, 18 və 24 ay olmaqla icra
ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində
çalışan yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq.
Layihə rəhbərlərindən 1 nəfəri qadındır, 2 layihə isə Gəncə
şəhərində yerinə yetiriləcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
“Universitet qrantı” müsabiqənin keçirilməsinə təşkilati dəstək
göstərib.
Elmin İnkişafı Fondu bir sıra Dövlət Proqramlarının icrasında da
uğurla iştirak edir. “Sənaye qrantı” məqsədli müsabiqəsi
“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10
yanvar tarixli 212 nömrəli Sərəncamına və Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 12 mart tarixli 331 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye
ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin kadr
potensialının və elmi təminatının gücləndirilməsi” bölməsinin
“Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və
tədqiqatların dəstəklənməsi” maddəsinə uyğun olaraq, ölkə
sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin
şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin
sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha
səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat
layihələrinin və tədbirlərinin qrantlar yolu ilə
maliyyələşdirilməsi məqsədi ilə keçirilib.
“Sənaye qrantı” müsabiqəsi Fond tərəfindən 2014-cü ilin 27 oktyabr
tarixində elan edilib və bu müsabiqə çərçivəsində qrant
maliyyələşdirilməsinin cəmi həcmi 500 min manat nəzərdə tutulub.
Müsabiqə elmi prioritetlər əsasında keçirilib (sənayenin
elmi-nəzəri və texnoloji problemləri; sənayenin modernləşdirilməsi,
infrastruktur təminatının yaxşılaşdırılması və qeyri-neft
sənayesinin şaxələndirilməsi problemləri; ölkə sənayesinin
innovasiya və investisiya potensialının yüksəldilməsi, innovativ
texnologiyaların tətbiqi imkanları və innovasiyalar əsasında
inkişafı təmin edəcək imkanların formalaşdırılması, ölkə sənayesinə
daxili və xarici investisiyaların cəlb edilməsi problemləri və
s.).
Müsabiqəyə 38 layihə daxil olub, layihələrin texniki və elmi
ekspertizası işi təşkil olunub, Elmin İnkişafı Fondunun daimi
ekspertləri və müstəqil elmi ekspertlər layihələri qiymətləndirib,
son nəticələr isə Fondun Himayədarlar Şurası tərəfindən müzakirə
edilib. Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil
müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat və digər
qurumlardan, QHT-lərdən, sənaye ilə əlaqəli qurumlardan alim və
mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edib.
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.
Ümumi maliyyələşdirmə həcmi 480 min manat olmaqla 6 qalib layihə
müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Memarlıq və İnşaat
Universitetində (1), AMEA Aşqarlar Kimyası institutunda (1), AMEA
Kataliz və Qeyri-üzvi Kimya institutunda (2), AMEA Təcrübə-Sənaye
zavodunda (1) və AMEA Neft-Kimya Prosesləri institutunda (1) yerinə
yetiriləcək. Layihələr 12 ay olmaqla icra ediləcək və bu
layihələrin icrası ilə 37 alim və mütəxəssis məşğul olacaq. Layihə
rəhbərlərindən 1 nəfəri qadındır. Bir sıra layihələr digər qurumlar
ilə (AMEA Geologiya və Geofizika institutu, “İSRA-Group” MMC)
birlikdə yerinə yetiriləcək.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq
olar.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...