• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Xırdalan dairəsi” açıldı – FOTO

“Xırdalan dairəsi” açıldı – FOTO

“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işləri aparılan Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşdırılıb. Artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR