Qırmızı.az
Sürücülərə tətbiq edilən bəzi cəzalar yüngülləşdirilir - QANUN
Sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar yüngülləşdirilir. Milli Məclisdə “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən, indiyə qədər xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 150 manat cərimə nəzərdə tutulurdu. Dəyişiklikdən sonra bu cəza 50 manat təşkil edəcək.
Həmçinin Məcəlləyə əlavə edilən 391.1-1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.
Məcəllənin 410-1.1-ci maddəsinin isə aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1-ci, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir”.
Bundan əlavə, 410-1.8-ci maddəyə əsasən, foto və ya video
qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edilmiş inzibati xətalara görə bu Məcəllənin 410-1.6-cı
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat
vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq, nəqliyyat
vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu
Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol
tərtib etmək qadağandır.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO