Bakı metrosunun vestibüllərinə plakatlar vuruldu
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunun vestibüllərinə plakatlar vuruldu

"Bakı Metropoliteni" QSC I Avropa Oyunlarına hazırlıq ərəfəsində metro stansiyalarında daha bir yenilik edib.

Artıq metronun "28 May" stansiyasında vestibüllər boyu I Avropa Oyunlarını əks etdirən plakatlar asılıb.

Qeyd edək ki, iyunda Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metrosunda elan və məlumatlar da Azərbaycan və ingilis dillərində səsləndiriləcək. Hazırda bunun üzərində iş gedir.

Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər - "Koroğlu", "Elmlər Akademiyası", "Gənclik", "28 May", "20 Yanvar", "Nizami" stansiyaları da qeyd ediləcək. (Report.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm