Qırmızı.az
Sumqayıtdan gələn avtobusların 20 Yanvara daxil olması qadağan olundu
Bu gündən etibarən Sumqayıt şəhəri, Qobu, Hökməli və digər kəndlərdən şəhərə gələn marşrut avtobuslarının 20 Yanvara daxil olması qadağan olunub.
Bu istiqamətdə hərəkət edən avtobusların sonuncu dayanacağı
Avtovağzal ərazisi olub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Namiq Həsənov bildirib ki, bu addım I Avropa Oyunları ilə
əlaqədardır.
Onun sözlərinə görə, 20 Yanvar ərazisində daha böyük sıxlıq
yaranmaması üçün bu istiqamətdəki avtobusların yolu
qısaldılıb.
N. Həsənov iyunun 1-dən daha sərt tədbirlərin görüləcəyini qeyd
edib:
“Taksilər və avtobuslar 20 Yanvar ərazisində böyük problem
yaradırlar. Nəzərə alsaq ki, Oyunlar vaxtı bilet alanları oyunlar
keçirilən əraziyə daşımaq üçün ekspres avtobusları da əlavə
olunacaq o zaman sıxlıq daha da çox olar. Ona görə də tədbirlər
həyata keçiririk. Sumqayıt və kəndlərdən gələn avtobuslar üçün bir
neçə yer ayrılacaq. Bu istiqamətdə hərəkət edən avtobuslar bu
yerlərdə dayanacaqlar, sərnişinlər oradan da şəhərə başqa marşrutla
gələcəklər. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu
anlayışla qarşılasınlar. Yəqin iyul ayından etibarən bu problemlər
olmayacaq”.
O, dəyişdirilən marşrut xətlərinin aqibətinə də aydınlıq gətirərək bildirib ki, oyunlardan sonra zərurət olan marşrut xətləri bərpa olunacaq. (Gün.Az)
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO