Qənirə Paşayeva: “Dağlıq Qarabağın işğalı bütün türk dünyasının problemidir”
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva: “Dağlıq Qarabağın işğalı bütün türk dünyasının problemidir”

“Hər bir türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik və xatırlamalıyıq ki,o işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən tarixi, mədəni abidələrimizi məhv edirlər və dünya buna göz yumur”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük bölgələrindən biri olan Kahramanmaraşda Afşin bələdiyyə başqanının dəvəti ilə Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı keçirdiyi konfransda deyib. Yüzlərlə ziyalının, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib. O, Qarabağın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətəni olduğunu və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq o torpqaların hər birimiz üçün doğma olduğunu qeyd edib.

Ölkəmizin qədim tarixi olduğunu söyləyən Qənirə Paşayeva Qarabağ ın əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olduğunu diqqətə çatdırıb və qeyd edib ki, mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ və ətraf bölgələrimizin 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir:

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumat verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. O, həmçinin bildirib ki, Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün türk dünyasının problemidir.

Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib və qeyd edib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşür.

Türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” fikirlərinə diqqəti çəkərək hər bir uşağı bu ruhda böyütməli olduğumuzu deyib:

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Qondarma erməni soyqırımına qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanının vəzifəsidir. Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıram.Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”

Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib və qeyd edib ki, gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək.

Tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya İsmayılova, bu bölgədə təhsil alan tələbələr də iştirak edib və böyük maraq göstəriblər. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmini, Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi iləhazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxli material və kitablar təqdim edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm