Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrlə görüşdü - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrlə görüşdü - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bu ali təhsil ocağının tələbələri ilə görüşüb.

Rektor əvvəlcə 2013-cü ildə ölkəmizin iqtisadi-sosial sahədə, eləcə də təhsil sahəsində əldə etdiyi uğurlardan söhbət açıb, yeni təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəalarını tələbələrə izah edib. Sonra ali təhsil müəssisələrində kredit sistemi ilə təhsilin təşklinin yeni qaydaları, tələbələrin köçürülməsi, bərpası və xaric olunması üzrə yeni qaydaları tələbələrə ətraflı izah edib. Daha sonra Universitetin tələbələri, onları narahat edən məsələlər barədə rəhbərliyə suallar veriblər. Bir neçə təşəbbüskar təkliflər irəli sürüblər. Bu təkliflərdən bəziləri universitet rəhbərliyi tərəfindən müsbət qarşılanıb və onların reallaşdırılması üçün lazımi dəstəyin göstəriləcəyi bildirilib. Olduqca səmimi və sərbəst əhvali-ruhiyyədə keçən görüş tələbələrin ürəyincə olub və onlar görüşün təşkili üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rəhbərlik də öz növbəsində ənənəvi olan bu görüşlərin təhsilin inkişafına və universitetdə sağlam abu-havanın yaradılmasına böyük təsir göstərdiyini qeyd edib və belə görüşlərin müntəzəm təşkil olunacağını, eləcə də rəhbərlik etdiyi universitetin təkcə təhsil ocağı olmadığını vurğulayıb:

“Biz sizlərin istər maddi, istərsə də mənəvi problemlərinizi dinləməyə və bacardığımız təqdirdə əlimizdən gələni etməyə hazırıq. İlk növbədə bunu bilin və unutmayın ki, sizlər bizim gələcəyimizsiniz. Atacağınız hər bir addım sizin və bizim gələcəyimizə hesablanmış olacaq. Təhsil çox vacibdir, tərbiyyə isə daha vacibdir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm