Sabah 26 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 26 dərəcə isti olacaq

Həftənin ilk iş günü - mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 18-də Bakı və Abşeron yarımadasında cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 18-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.

Temperaturun gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm