• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Laçın belə təslim edildi - VİDEO

Laçın belə təslim edildi - VİDEO

Düz 23 il bundan əvvəl 17 may tarixi daha bir Azərbaycan torpağının itkisi kimi yaddaşlara yazıldı. Nəyinki yaddaşımıza, hətta Azərbaycanın tarixi səhifələrinə də. Söhbət Qarabağda dəhliz kimi strateji baxımdan əhəmiyyətli olan Laçın rayonundan gedir.

Ans press-in məlumatına görə, Laçın şimaldan Kəlbəcər, Şərqdən Xocalı, Şuşa, cənubdan Qubadlı, Qərbdən isə Ermənistan ilə həmsərhəddir. 1992-ci ildə onun üçün əsas təhlükə də nə şimaldan, nə də cənubdan yox, məhz qərbdən və şərqdən yaranmışdı. Cəmi bir həftə idi ki, Şuşa işğal olunmuşdu. Mayın 17-də artıq düşmən Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu ərazisindən Laçına yaxınlaşırdı. Laçının taleyi artıq bəlliydi. Və bunu ən yüksək səviyyədə də bilməmiş deyildilər. "Laçını da Şuşanın taleyi gözləyir" sualına 1992-ci ildə Azərbaycanın müdafiə naziri olan Rəhim Qazıyev belə cavab vermişdi: "Ola bilər”. Müdafiə naziri ehtimalla danışırdı. Laçın camaatı isə 100 faiz əminliklə. Ona görə də hamı mal-qarasını, sürüsünü rayondan çıxarır, Laçını boşaldırdı. Əslində rayonun boşaldılması ilə bağlı Nazirlər Sovetinin 12 may 243 saylı qərarı da vardı və əhalini də bu qərarla tanış etmişdilər. Amma hətta bu qərar olmasa da belə, Şuşanın işğal təcrübəsi göz qabağındaydı. Heç kim erməni gülləsinə tuş gəlmək istəmirdi. Heç döyuşmək də. Ona görə də, hərə bir yolla aradan çıxırdı.

Çingizin cəhdləri əbəs idi. Adamlarda döyüş ruhu ölmüşdü. Çünki hər ağızdan bir avaz gəlirdi. Nə hərbi hissəni özbaşına tərk edənlərin yerindəcə güllələnməsi ilə bağlı müdafiə nazirinin mayın 11-də verdiyi əmr adamları qorxudurdu, nə də fərariliyin sonrakı mərhələsi. Ona görə ki, heç kim sonraya, gələcəyə inanmır, bu günlə yaşayırdı. Bu gün isə qaçmağı diqtə edirdi. Canını götürüb hara gəldi qaçmağı. Həmin günlər Laçında sözün əsl mənasında xaos yaşanırdı. Alayların ləğv olunması ilə bağlı müdafiə naziri gözlənilmədən əmr verir, bu alay komandirlərinin xətrinə dəyir, heç kim ümumi komandanlığa tabe olmaq istəmir, döyüşmür və nəticə etibarı ilə vəziyyət ermənilərin xeyrinə dəyişirdi. 23 il əvvəl - mayın 17-si Laçında vəziyyət bax belə idi. Laçın təslim üçün əllərini qaldırmışdı. O bu görkəmi ilə 1926-cı ilə qədər daşıdığı öz köhnə Abdal adına daha çox oxşayırdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR