Qırmızı.az
Bakı metrosunda səssizlik olacaq
Bakı Metropoliteni xətlərində relslərin qaynaq
prosesində tətbiq edilən texnologiyalar qatarların hərəkətini daha
səssiz edəcək.
Bu barədə Trend-ə Rusiyanın “QT-Alüminotermitnaya svarka” MMC-nin
baş direktoru Vladimir Lenkin deyib.
Onun sözlərinə görə, Rusiya şirkəti Bakı metrosunda ilk qaynaq
işlərini ötən il aparıb: “Ötən ilin sonunda Bakı Metropoliteninin
yeni xətlərində ilk qaynaq işlərimizi bitirdik. Öz avadanlığımızı
və materialımızı gətirmişdik. Əsas iş işlək relslərin qaynağından
ibarət idi”.
V.Lenkin şirkətin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı davam
etdirmək niyyətində olduğunu qeyd edib: “Əməkdaşlığımız cari ilin
ikinci yarısında da davam edəcək. Məlumdur ki, 2030-cu ilə kimi
Bakı Metropoliteninin perspektiv inkişaf planı mövcuddur və biz bu
çərçivədə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Yolların
mövcud qollarda modernləşməsi planlaşdırılır, belə ki, relslərdə
qovşaqlar müxtəlif növ problem yarada bilər. Bundan başqa,
məsələnin texniki cəhətdən başqa, sosial tərəfi də var ki, metro
daha səssiz olacaq. Bu da vətəndaşların rahatlığını artıracaq”.
O, qeyd edib ki, Azərbaycan şirkət üçün olduqca əhəmiyyətlidir:
“Tez-tez “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayırıq və
gələcək əməkdaşlığa ümid edirik. Texnologiyalarımız nəinki
qatarlara yerin altında, həmçinin şəhərlər arasında da səssiz
getməyə imkan yaradır. Bütün işi öz gücümüzlə həll edə, həmçinin
avadanlıq və materialla təmin edə, yerli kadrları öyrədə və texniki
təminatı həyata keçirə bilərik”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO