Büdcə təşkilatlarının işığa, qaza, suya borcu var
Bizi izləyin

Qırmızı.az

Büdcə təşkilatlarının işığa, qaza, suya borcu var

2015-ci ilin birinci rübündə büdcə təşkilatları istifadə olunan ehtiyatların ümumi dəyərinin 74,5 faizini ödəməklə 8,2 milyon manatını kəsirdə qoyublar.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2015-ci ilin birinci rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 306,1 milyon kVt.saat elektrik enerjisi, 64,1 min Q.kal istilik enerjisi, 51,1 milyon kubmetr təbii qaz, 4,5 milyon kubmetr su, 2,6 milyon manatlıq rabitə xidmətləri istehlak edilib.

Əvvəlki ilin birinci rübü ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 36,8 faiz, təbii qazın istehlakı 10,1 faiz, istilik enerjisinin istehlakı 0,9 faiz artmış, elektrik enerjisinin istehlakı 12,0 faiz, suyun istehlakı isə 11,8 faiz azalıb. İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,2 faiz azalaraq 32,2 milyon manat təşkil edib. İstehlakın ümumi dəyərinin 56,8 faizini elektrik enerjisi, 15,8 faizini təbii qaz, 13,7 faizini su, 8,1 faizini rabitə xidmətləri, 5,6 faizini isə istilik enerjisi təşkil edib. 2015-ci ilin birinci rübündə büdcə təşkilatları istifadə olunan ehtiyatların ümumi dəyərinin 74,5 faizini ödəməklə 8,2 milyon manatını kəsirdə qoyublar. İstehlak edilən elektrik enerjisinin 4,8 milyon manatı, təbii qazın 1,7 milyon manatı, suyun 933,5 min manatı, istilik enerjisinin 485,0 min manatı, rabitə xidmətlərinin 245,8 min manatı ödənilməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm