Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Sabah Azərbaycanda havanın temperaturu 29 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən əsasən yağmrsuz, olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm