Bu gecə iki küçə bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bu gecə iki küçə bağlanacaq

Bu gecə Xətai rayonu Üzeyir Hacıbəyov küçəsi və Nəsimi rayonu Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm