“Karabağ hikayeleri” Türkiyədə ən çox diqqətdə olan kitab olub
Bizi izləyin

Qırmızı.az

“Karabağ hikayeleri” Türkiyədə ən çox diqqətdə olan kitab olub

Millət vəkili Qənirə Paşayeva və araşdırmacı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Publika.az-ın məlumatına görə, təqdimat Malatya Kitab Fuarında keçirilib.

Kitabın təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər qatılıb. Malatya valisi, Malatya İ.İnönü Universitetinin rektoru və universitetin bir çox alimləri, bələdiyyə başqanları, millət vəkilləri, o cümlədən Türk dünyasından bir çox insanlar da “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.

Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.

Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb. Bu əsərlər iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm